MƏDƏNİYYƏT


Rusiyalı yazıçılar Bakıda “ədəbiyyatda musiqi” mövzusunda fikir mübadiləsi aparıblar

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində rus yazıçıları Nina Daşevskaya və Maksim Zamşev “ədəbiyyatda musiqi” mövzusunda fikir mübadiləsi aparıblar.

AZƏRTAC xəbər verir ki, Bakı Ekspo Mərkəzindəki Rusiya Federasiyasının stendi qarşısında keçirilən tədbirdə yazıçılar əsərlərində toxunduqları musiqi mövzusuna toxunub, qəhrəmanların musiqi dünyasından danışıblar.

Maksim Zamşev bildirib ki, karyerasına musiqi təhsilindən başlasa da, sonradan ədəbiyyat onu özünə cəlb edib: “Əvvəlcə xor dirijoru kimi fəaliyyət göstərdim. Ədəbiyyatdan fərli olaraq Musiqi daha çətin sənətdir. Mənim uşaqlığım konsertlərdə keçib. Yerli musiqiçilərin demək olar hamısını gənc yaşlarından tanıyıram. Yazmağa başlayanda musiqini ədəbiyyata gətirməyə çalışdım və ilk kitablarımda depressiya keçirən musiqi ifaçılarını təsvir edirdim. Sonradan başqa mövzulara müraciət etməyə başladım”.

Nina Daşevskaya bildirib ki, ilk kitabında baş qəhrəman musiqiyə olan nifrətini göstərir, öz musiqi sistemini yaratmağa çalışır. O, bir növ rəngləri musiqi ilə əlaqələndirməyə çalışır. Baş qəhrəmanı şöhrət maraqlandırmasa da, kitabın ikinci hissəsində Motsartın ondan daha üstün olması onu bir növ qəzbləndirir.

“Musiqiçilər elə insanlardır ki, artıq 12 yaşından musiqi ilə məşğul ola bilirlər və tez bir zamanda karyera qururlar. Əsərdəki qəhrəman bu xüsusiyyətlərdən məhrum olduğu üçün özünü bir növ uğursuz sayır”, - deyə Nina Daşevskaya əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.