MƏDƏNİYYƏT


Rusiyalılar qışda səyahətə çıxmaq üçün Azərbaycanı seçirlər

Rusiyalılar qışda səyahətə çıxmaq üçün Azərbaycanı seçirlər

Moskva, 10 dekabr, AZƏRTAC

Rusiyalılar qışda səyahətlər üçün ən populyar ölkələrin adlarını çəkiblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan rusiyalılar arasında qış fəslində səyahətlər ən çox tələbat olan ölkələrdən biri hesab edilib. Bu barədə “Yandeks.Puteşestviya” araşdırmasının nəticələrində bildirilir.

Bu qışda uzunmüddətli səfərlər üçün rusiyalılar arasında ən populyar ölkələr Azərbaycan, Tailand, Türkiyə və Şri-Lanka, ən populyar istiqamətlər isə Pxuket, Bakı, Kolombo və İstanbuldur.

Tədqiqat nəticəsində məlum olub ki, rusiyalılar qış fəslində orta hesabla beş həftə isti ölkələrdə yaşamağı planlaşdırırlar. Ən uzunmüddətli səfərlər 3 aydan çox davam edəcək.

Ekspertlər qeyd edirlər ki, hazırda Rusiyada qış fəslində xarici ölkələrə uzunmüddətli səfərlərə maraq tədricən bərpa olunur. Builki qışı planetin isti guşələrində keçirməyi qərara almış respondentlərin sayı ötənilki illə müqayisədə 20 faiz artıb. Düzdür, hələlik bu rəqəm pandemiyadan əvvəlki ilə müqayisədə 60 faiz azdır, lakin müsbət trend müşahidə olunur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.