İDMAN


Rusiyanı xallardan məhrum etmək üçün Əlcəzair futbolçularına mükafat vəd olunmuşdur

Bakı, 25 iyun (AZƏRTAC). Əlcəzair yığması dünya çempionatının pley-off mərhələsinə çıxarsa, onun oyunçularına təkcə milli federasiyanın deyil, həm də ölkə hökumətinin mükafatı vəd olunmuşdur. Bunun üçün onların qrup mərhələsinin sonuncu turunda Rusiya yığması ilə heç-heç oynaması kifayətdir.

AZƏRTAC xəbər verir ki, vəd olunmuş mükafat barədə məlumatı bu Afrika komandasına yaxın mənbəyə istinadla İTAR-TASS agentliyi yaymışdır. Mənbənin dediyinə görə, yığma 1/8 final mərhələsinə keçsə, ona təqribən 50 min avro bonus ayrılacaqdır.

İyunun 27-nə keçən gecə Əlcəzair yığması dünya birinciliyinin qrup mərhələsinin üçüncü matçında Rusiya komandası ilə oynayacaqdır. Görüş Kuritibada, “Arena Bayşada” stadionunda keçiriləcəkdir.

Əlcəzair yığması iyunun 22-də 4:2 hesabı ilə Koreya Respublikası komandasına qalib gəlmiş, Rusiya futbolçuları isə 0:1 hesabı ilə belçikalılara uduzmuşlar. Prey-off mərhələsinə çıxmaq üçün Əlcəzair yığmasına rusiyalılarla heç-heçə oynamaq kifayət deyildir. Bu, yalnız belçikalıların üç topdan da çox fərq ilə Cənubi koreyalılara qalib gələcəkləri təqdirdə mümkün ola bilər.

Fabio Kapellonun yetirmələri dünya çempionatının 1/8 finalına çıxmaq üçün son turda imkan daxilində böyük hesab fərqi ilə əlcəzairlilərə qalib gəlməlidirlər. Koreyalılar paralel oyunda kvartetin lideri olan belçikalılara qalib gələ bilsələr, onların və rusiyalıların hərəyə dörd xalı olacaqdır və pley-off mərhələsinə vəsiqənin taleyini əlavə göstəricilər - vurulmuş və buraxılmış topların sayı, habelə vurulmuş topların ümumi sayı həll edəcəkdir.

Rusiya yığması 4:3 (5:4, 6:5 və s.) hesabı ilə əlcəzairliləri məğlubiyyətə uğratsa, Cənubi Koreya yığması 2:0(3:1, 4:2 və s.) hesabı ilə belçikalılara qalib gəlsə, vəsiqənin sahibini püşkatma müəyyən edəcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.