DÜNYA


Rusiyanın 11 aeroportunda uçuşlara qadağa rejimi yenidən uzadılıb

Bakı, 24 may, AZƏRTAC

“Rosaviasiya” ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 aeroportda müvəqqəti uçuş məhdudiyyətlərini 2022-ci il mayın 31-dək uzadıb.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Hava Nəqliyyatı üzrə Federal Agentliyi məlumat yayıb.

Qurumun məlumatına görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara qoyulan məhdudiyyətlər 2022-ci il mayın 31-i Moskva vaxtı ilə saat 03:45-ə qədər davam edəcək. Rusiya aviaşirkətlərinə həmin hava limanlarına sərnişinlərin daşınmasını təşkil etmək üçün alternativ marşrutlar kimi Volqoqrad, Soçi, Mineralnıye Vodı, Moskva və Stavropol hava limanlarından istifadə etmək tövsiyə olunur. “Rosaviasiya” ölkə ərazisində yerləşən digər aeroportların ştat rejimdə fəaliyyət göstərdiyini bildirib.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı apardığı müharibə çərçivəsində fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzindəki hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.