DÜNYA


Rusiyanın 11 aeroportunda uçuşlara qadağa rejimi yenidən uzadılıb

Bakı, 28 iyul, AZƏRTAC

Rusiyanın cənubunda və mərkəzi hissəsində yerləşən 11 aeroportda müvəqqəti uçuş məhdudiyyətləri rejimi yenidən uzadılıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara qadağa rejimi 2022-ci il avqustun 5-dək davam edəcək.

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı apardığı müharibə ilə əlaqədar fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.