CƏMİYYƏT


Rusiyanın 43 şəhərində qrip və kəskin respiratorlu virus infeksiyası ilə xəstələnmə halları epidemiya həddini aşıb

Bakı, 13 fevral, AZƏRTAC

Rusiyanın regionlarında qrip və kəskin respiratorlu virus infeksiyası (KRVİ) ilə xəstələnmə halları artmaqda davam edir, 43 şəhərdə xəstəlik epidemiya həddini aşıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bir həftə bundan əvvəl xəstəlik ölkənin 34 şəhərində epidemiya həddini keçmişdi.

Rusiyanın fevralın 4-dən 10-dək müşahidə edilən 61 şəhərində qrip və KRVİ-yə yoluxma halları həftəlik epidemiya həddindən orta hesabla 28,6 faiz yüksək idi. Bu həddin aşması 43 şəhərdə müşahidə edilib.

Ümumilikdə, qrip və KRVİ-yə yoluxma hallarının artma sürəti aşağı düşüb. Əsasən, Ural, Uzaq Şərq, Sibir və Şimali Qafqaz federal dairələrində xəstəliyə yoluxma halları məktəb yaşlı uşaqların sağalması ilə əlaqədar azalıb. Bununla belə, Cənub, Privoljye, Şimal-Qərb və Mərkəzi federal dairələrində böyüklər və uşaqlar arasında xəstəliyə yoluxma halları artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.