ELM VƏ TƏHSİL
Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin müəllimləri UNEC-də mühazirə keçəcəklər
Bakı, 23 yanvar, AZƏRTAC
Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (AİM–MTU) nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rusiyalı nümayəndələr universitetin elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov və beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları ilə görüşüblər.
Görüşdə iki universitet arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müəllim-tələbə mübadiləsi, birgə elmi konfransların təşkili və digər istiqamətlərdə müzakirələr aparılıb.
Sonra qonaqlar UNEC-in infrastrukturu, təlim-tədris prosesi ilə tanış olub, imtahan prosesini müşahidə ediblər.
Səfər çərçivəsində AİM–MTU-nun müəllimləri UNEC-in Rus İqtisad Məktəbinin tələbələrinə “Rəqəmsal iqtisadiyyat” və “Özəl hüquq” mövzularında mühazirə keçəcəklər.