Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki Nikas Safronovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi hörmət və minnətdarlıq hissi ilə təbrik edirəm.

Sizin bütün işləriniz və təşəbbüsləriniz Azərbaycan xalqının həyatını daha da yaxşılaşdırmağa, ölkənin qüdrətini möhkəmlətməyə və tərəqqisini sürətləndirməyə yönəlib. Sizinlə ilk görüşümüzdən əmin olmuşam ki, Sizin potensial imkanlarınız tam şəkildə reallaşacaq.

Qoy Yeni il Sizə yeni qələbələr, yeni uğurlar gətirsin, köhnə və sədaqətli dostlarınızı qorusun.

Sizə uzun ömür və möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə Sizin,

 

Nikas Safronov

Rusiyanın Əməkdar Rəssamı,

Rusiya Rəssamlıq Akademiyasının akademiki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin