DÜNYA


Rusiyanın Amur vilayətində koronavirusa yoluxmuş uşaqların sayı 138 nəfərə çatıb

Moskva, 23 iyun, AZƏRTAC

Rusiyanın Amur vilayətində koronovirus infeksiyasına yoluxan uşaqların sayı artıb.

AZƏRTAC xəbər verir ki, son üç həftədə regionda COVID-19 xəstəliyindən əziyyət çəkən uşaqların sayı 1,7 dəfə artaraq 83 nəfərdən 138 nəfərə çatıb.

Vilayətin baş sanitar həkimi Olqa Kurqanova bildirib ki, məktəblilər arasında koronavirusa yoluxma hallarının artması narahatlıq doğurur. Hazırda yay tətili günləri olduğundan uşaqlar arasında ünsiyyət artıb və bu da virusun yayılmasına səbəb olur. O qeyd edib ki, uşaqlarda xəstəlik çox vaxt simptomsuz ötsə də, infeksiya daşıyıcısı kimi xəstəliyi böyüklərə keçirə bilirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.