REGİONLAR


Rusiyanın Arxangelsk vilayətinə İmişlidən hər ay 50 ton şəkər çuğunduru ixrac olunacaq

Bakı, 5 oktyabr, AZƏRTAC

Rusiyanın Arxangelsk vilayətinə İmişlidən hər ay 50 ton şəkər çuğunduru ixrac olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə razılıq Rusiyanın Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun İmişliyə səfəri zamanı əldə olunub.

Dövlət büdcəsindən dotasiya almayan İmişlinin iqtisadi imkanları bura səfər edən Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun diqqətini çəkib. Qonaq iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İqor Orlov İmişlidə Qafqaz regionunda ən iri şəkər zavodunun imkanları ilə də tanış olub. Məlumat verilib ki, sutkada 2 min ton məhsul istehsal edən müəssisə əsasən ixracyönümlüdür.

Əgər iki il əvvəl Arxangelsk vilayəti ilə İmişli arasında əmtəə dövriyyəsi 25 milyon dollar nəzərdə tutulurdusa, hazırda bu məbləğin 100 milyona çatdırılması üçün münbit şərait yaranıb. Bu isə rayonun iqtisadiyyatına müsbət təsirini göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.