Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın Azərbaycan diasporunun lideri, akademik Fazil Qurbanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Rusiyada yaşayan çoxminlik Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir və milli bayramımız - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında aparılan əsaslı islahatları, ölkənin iqtisadi potensialının və nüfuzunun artırılması işində qazanılan uğurları məmnunluqla izləyirik.

Əminəm ki, Sizin səyləriniz sayəsində Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, ənənəvi dostluq əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi diləyirəm.

Sizə səmimi və dərin hörmətlə,

 

Fazil Qurbanov

Rusiyanın Azərbaycan diasporunun lideri, akademik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin