SİYASƏT


Rusiyanın Azərbaycan diasporunun rəhbəri erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket zərbəsi endirilməsi ilə bağlı bəyanatla çıxış edib

Moskva, 18 oktyabr, AZƏRTAC 

Rusiyanın Azərbaycan diasporunun rəhbəri akademik Fazil Qurbanov erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket zərbəsi endirilməsi ilə bağlı bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, akademik Fazil Qurbanov erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə hücum nəticəsində həlak olanların bütün doğmalarına və yaxınlarına çoxmilyonlu Azərbaycan diasporu adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

“Ürəyimiz ağrı-acı və kədərlə doludur. Biz terrorçuların hədsiz qəddarlığının şahidlərinə çevrilmişik. “Azadlıq uğrunda mübarizlər” adlandırılan erməni silahlı qüvvələri bütün maskalarını ataraq özlərinin iblis simalarını göstərdilər: onlar bütün müqəddəs dəyərləri tapdalayaraq, Azərbaycanın dinc sakinlərinə – uşaqlara, qadınlara, qocalara əl qaldırıb, murdar əllərini bu günahsız insanların qanına bulayıblar”, - deyə bəyanatda bildirilir.

F.Qurbanov vurğulayır ki, Rusiyanın Azərbaycan diasporu yeni döyüşlər və açıq-aşkar silahlı hücumlar barədə xəbərləri böyük narahatlıqla izləyir. “Dinc əhali arasında qurbanlar və yaşayış evlərinin, bələdiyyə binalarının, o cümlədən hospitalların və məktəblərin irimiqyaslı dağıntıları barədə xəbərlərdən çox kədərlənmişəm. Lakin Azərbaycan xalqının iradəsini heç nə ilə sındırmaq mümkün deyil! Ermənistanın arası kəsilməyən təcavüzünə, mülki vətəndaşlara qəddarcasına hücumlara son qoyulmalı, beynəlxalq birlik Ermənistanın Azərbaycan xalqına qarşı bu vəhşi hərəkətlərinə göz yummamalıdır”, - deyə Azərbaycanın Rusiyadakı diaspor rəhbəri bildirib.

Akademik qeyd edib ki, Rusiya azərbaycanlıları Ermənistan tərəfindən Azərbaycanın mülki vətəndaşlarına qarşı qəddarcasına hücumları ən qətiyyətli şəkildə pisləyir və təcavüzkar dövlətdən müharibə cinayətlərini dayandırmağı tələb edir. “Haqq-ədalət zəfər çalmalıdır”, - deyə sənəddə vurğulanır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.