SİYASƏT


Rusiyanın Baş naziri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya barədə qərar imzalayıb

Moskva, 22 iyun, AZƏRTAC 

Rusiyanın Baş naziri Dmitri Medvedev RF Prezidenti Vladimir Putinə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması təklifinin təqdim edilməsi barədə qərar imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib.

Konvensiyada Xəzər dənizindən, o cümlədən onun suları, dibi, yerin təki, təbii sərvətləri və dəniz üzərindəki hava məkanından istifadəsi məsələləri ilə əlaqədar, tərəflərin hüquq və öhdəlikləri müəyyən edilir və tənzimlənir. Konvensiyanı imzalayan dövlətlər öz ərazi sularında və balıq ovu zonasında, suyun bioloji ehtiyatları, dənizin dibindəki və yerin təkindəki sərvətlərin kəşfiyyatı və işlənilməsi ilə bağlı olan elmi tədqiqatlar nizamlamaq, bu cür tədqiqatlar aparmaq və onların aparılmasına icazə vermək üçün müstəsna hüquqa sahib olacaqlar.

Tərəflər Xəzər dənizinin dibi ilə sualtı kabel və boru kəmərlərini çəkə biləcəklər, bu şərtlə ki onların layihələri beynəlxalq ekoloji tələblərə və standartlara uyğun olsun. Sualtı kabel və boru kəmərlərinin çəkiləcəyi tras müvafiq sektorun mənsub olduğu tərəfin razılığı ilə müəyyən edilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.