DÜNYA
Rusiyanın “Birinci kanal”ı yeni şou təqdim edəcək
Moskva, 5 fevral, AZƏRTAC
Rusiya televiziyasının “Birinci kanal”ı “Oryol və reşka” verilişinin keçmiş aparıcısı Janna Badoyevanın təqdimatında səyahətlər barədə şounun yayımına başlayacaq.
AZƏRTAC xəbər verir ki, telekanalın yaydığı mətbuat üçün məlumatda Janna Badoyevanın “Başqalarının həyatı” adlı yeni teleşounun aparıcısı olacağı bildirilir.
Press-relizdə qeyd olunur ki, teleşounun tamaşaçıları “Sinqapurda uşaq bağçası neçəyədir və niyə orada körpələri gəzintiyə çıxarmırlar? Amsterdamda doğum evi necədir və Qırmızı fənərlər küçəsində ən qədim peşə sahibləri nədən utanırlar ? Qondolyerlər (qayığı idarə edən şəxs) nə qədər qazanır və Venesiyada ölüləri adətən harada dəfn edirlər?” kimi ən maraqlı suallara nəhayət ki, cavab alacaq və əcnəbilərin həyatını təfərrüatı ilə öyrənəcəklər.
Teleaparıcının sözlərinə görə, proqramın ən mürəkkəb hissəsi çəkiliş qrupunu evinə buraxan, özlərinin adət və ənənələri, həmçinin qiymətlər və əməkhaqları barədə səmimi, doğru-düzgün danışan qəhrəmanları tapmaqdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]