MƏDƏNİYYƏT


Rusiyanın Birinci kanalında Alla Puqaçovanın “Jara-2017” çərçivəsində keçirilmiş yaradıcılıq gecəsi yayımlanıb VİDEO

Bakı, 11 sentyabr, AZƏRTAC

Bakıda keçirilən “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib.

AZƏRTAC xəbər verir ki, Rusiya Televiziyasının Birinci kanalında “Jara-2017” festivalı çərçivəsində Alla Puqaçovanın yaradıcılıq gecəsi yayımlanıb. Tamaşaçılar dünya şöhrətli müğənni, rus estradasının primadonnası, SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı Alla Puqaçovanın ən sevilən mahnılarını dinləyiblər. Parlaq estrada ulduzları - Maksim Qalkin, Vladimir Vinokur, Oleq Qazmanov, Ani Lorak, Filip Kirkorov, Kristina Orbakayte, Stas Mixaylov, Dima Bilan, Valeri Meladze, Qlyukoza, Layma Vaykule, Aleksandr Panayotov, Emiliya Yaqubova və başqaları Alla Puqaçovanın mahnılarını xüsusi şövqlə səsləndiriblər.

Beləliklə, Rusiya Televiziyasının Birinci kanalı “Jara-2017”nin qala konsertlərini, eləcə də festival çərçivəsində Sofiya Rotarunun, Qriqori Lepsin və Alla Puqaçovanın yaradıcılıq gecələrini yayımlamaqla bu möhtəşəm tədbiri yaxından izləyə bilməyənlər üçün əla fürsət yaradıb.

“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.