DÜNYA


Rusiyanın Çelyabinsk vilayəti uzunmüddətli tikintilər siyahısına salınıb

Bakı, 19 avqust, AZƏRTAC

Rusiyanın Çelyabinsk vilayəti Ural Federal Dairəsinin uzunmüddətli tikintilər siyahısına salınıb.

AZƏRTAC TASS-a istinadla bildirir ki, bu barədə ölkənin Tikinti və mənzil kommunal təsərrüfatı naziri Vladimir Yakuşev mətbuat konfransında deyib.

Sözügedən vilayətdə yarımçıq tikililərin ciddi problem yaratdığını söyləyən nazir, Sverlovsk vilayətində də bu cür problemlərin yer aldığına diqqət çəkib.

Verilən məlumata görə, hazırda Çelyabinsk regionunda 56 problemli obyekt var. Yaxın 2 ildə isə cəmi 18 evin istifadəyə veriləcəyi gözlənilir.

Problemli evlərin tikintisinin başa çatdırılması üçün vilayətdə regional fond yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.