SİYASƏT


Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib

Moskva, 19 sentyabr, AZƏRTAC

Rusiyanın Dövlət Duması Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib.

AZƏRTC xəbər verir ki, Prezident Vladimir Putin sənədi iyulun 30-da Dövlət Dumasının müzakirəsinə təqdim etmişdi.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin jurnalistlərə bildirib ki, Xəzər dənizi Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanı birləşdirən mühüm geosiyasi, ticari-iqtisadi və strateji əhəmiyyətli su hövzəsidir. O, sənədin imzalanmasını diplomatiyanın böyük nailiyyəti, Konvensiya iştirakçılarının dostluq münasibətlərinin təsdiqi kimi qiymətləndirib. V.Volodinin sözlərinə görə, Konvensiya dəniz ərazisindən dinc məqsədlərlə istifadə olunmasını, gəmiçilik rejimi və akvatoriyadan kollektiv istifadə olunması qaydalarını təsdiq edir, qarşılıqlı surətdə faydalı əməkdaşlıq imkanlarını genişləndirir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.