Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın “EKOLab” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Seyfəddin Mərdanlıdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, 60 illik yubileyiniz münasibətilə Sizi təbrik edim və səmimi arzularımı bildirim.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan müstəqil, sabit və mütərəqqi dövlətin təşəkkülündə sanballı nəticələr qazanıb. Sizin qəbul etdiyiniz qərarlar Azərbaycanın rifahına xidmət edən beynəlxalq əlaqələri möhkəmləndirir və genişləndirir.

Sizə əmin-amanlıq, iqtisadi və siyasi sabitlik, möhkəm cansağlığı və tükənməz enerji arzu edirəm.

Səmimi və dərin hörmətlə,

 

Seyfəddin Mərdanlı

Rusiyanın “EKOLab” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti,

Rusiya Federasiyasının Əməkdar səhiyyə işçisi,

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti

Federal Dövlət Muxtar ali təhsil müəssisəsinin Epidemiologiya kafedrasının professoru,

Dövlət Humanitar-Texnoloji Universitetinin Farmakologiya və əczaçılıq fənləri kafedrasının professoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin