DÜNYA
Rusiyanın Krasnoyarsk diyarında yanğınlar nəticəsində 5 nəfər həlak olub VİDEO
Moskva, 7 may, AZƏRTAC
Rusiyanın Krasnoyarsk diyarında yanğınlar nəticəsində 5 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya FHN-in Krasnoyarsk üzrə Baş İdarəsi məlumat yayıb.
Hazırda regionun 16 yaşayış məntəqəsində yanğın 200-ə yaxın evi bürüyüb. Saniyədə 40 metr sürətlə əsən külək yanğının söndürülməsinə mane olur. Regionda fövqəladə vəziyyət elan edilib.
Omsk vilayətində də güclü külək səbəbindən kütləvi yanğınlar müşahidə olunur. Burada 288 nəfər evsiz qalıb.
Vilayətin qubernatoru Aleksandr Burkovun sözlərinə görə, bu vilayətdə 8 yaşayış məntəqəsində 94 ev yanıb, 288 nəfər, o cümlədən 81 uşaq evsiz-eşiksiz qalıb.
Regionda qeyri-sabit hava şəraitinin daha bir neçə gün davam edəcəyi bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]