Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərovdan

Azərbaycan Respublikasının Prezidenti  Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Zəngin həyat və peşəkar təcrübəniz, təşkilatçılıq istedadınız, şəxsi keyfiyyətləriniz haqlı olaraq Sizə ölkədə və onun hüdudlarından kənarda həmkarlarınızın və tərəfdaşlarınızın hörmətini qazandırıb. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə inamla irəliləyir, davamlı və dinamik inkişaf nümayiş etdirir. Aktual dövləti məsələlər uğurla həll edilir, investisiya mühitinin yaxşılaşdırılmasına və xarici tərəfdaşlarla ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ardıcıl iş aparılır.

Fürsətdən istifadə edib Azərbaycan Respublikasında “LUKOYL”un layihələrini dəstəklədiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, biz ölkələrimizin mənafeyi naminə azərbaycanlı tərəfdaşlarımızla fəal və qarşılıqlı faydalı işi davam etdirmək əzmindəyik.

Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edim.

Hörmətlə,

 

Vahid Ələkbərov

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin

sabiq prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin