CƏMİYYƏT


Rusiyanın “Lenta.ru” saytı azərbaycanlılardan üzr istəyib

Moskva, 25 iyun, AZƏRTAC

Rusiyanın “Lenta.ru” saytı Azərbaycan sakinlərindən üzr istəyib.

Azərbaycanın Rusiyadakı səfirliyində AZƏRTAC-a bildirilib ki, iyunun 23-də “Lenta.ru” saytında Konstantin Dvoretskinin “Onlar ərlərindən xəlvətdə məşuq saxlayır və bununla rəfiqələrinin qarşısında öyünürlər” sərlövhəli məqalə dərc edilib. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində məqalə portaldan çıxarılıb.

Bundan başqa, adıçəkilən saytda yerləşdirilən məlumatda redaksiya Azərbaycan sakinlərindən və Rusiya azərbaycanlıları diasporunun nümayəndələrindən üzr istəyib, materialın Azərbaycan xalqının nümayəndələrini təhqir etmək məqsədi daşımadığı qeyd olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.