DÜNYA


Rusiyanın Maqnitaqorsk şəhərində yaralananlar arasında Özbəkistan vətəndaşı da var

Daşkənd, 1 yanvar, АZƏRTAC

Dekabrın 31-də səhər saatlarında Rusiyanın Maqnitoqorsk şəhərində qaz sızması nəticəsində baş verən partlayış zamanı ağır yaralananlar arasında Özbəkistan vətəndaşı da var.

AZƏRTAC xəbər verir ki, 36 yaşlı kişi 7 saatdan sonra dağıntılar altından çıxarılıb və onun vəziyyətinin ağır olduğu bildirilir. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Partlayış nəticəsində yeddi nəfər həlak olub, itkin düşənlər var.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.