DÜNYA


Rusiyanın Monteneqrodakı səfirliyi konsulluq xidmətlərini dayandırıb

Podqoritsa, 30 sentyabr, AZƏRTAC

Rusiyanın Monteneqrodakı səfirliyi konsulluq xidmətlərinin dayandırıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb kimi rusiyalı 6 diplomatın arzuolunmaz şəxs elan edilməsi göstərilib.

Səfirlikdən bildirilib ki, Monteneqronun Xarici İşlər Nazirliyi tərəfindən rusiyalı 6 diplomatın arzuolunmaz şəxs elan edilməsindən sonra sentyabrın 30-dan etibarən konsulluq xidmətləri qeyri-müəyyən müddətə fəaliyyətlərini dayandırıb. Vətəndaşlara konsulluq xidmətləri üçün qonşu ölkələrin səfirliklərinə müraciət etmələri tövsiyə olunub.

Qeyd edək ki, Monteneqronun Xarici İşlər Nazirliyi iki ölkə arasında diplomatik münasibətləri pozduqları üçün rusiyalı 6 diplomatı arzuolunmaz şəxs elan etdiyini açıqlayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.