CƏMİYYƏT
Rusiyanın “NTV” teleşirkəti 25 illik yubileyini qeyd edir
Moskva, 11 oktyabr, AZƏRTAC
Rusiyanın “NTV” teleşirkəti 25 illik yubileyini qeyd edir.
AZƏRTAC xəbər verir ki, teleşirkət 1993-cü ildə ilk dəfə məşhur “İtoqi” proqramı ilə efirə çıxıb. Hazırda “NTV” Rusiyanın ən iri federal kanallarından biridir. “Qazprom-media” holdinqinə daxil olan “NTV” ölkənin bütün regionlarında, MDB dövlətlərində, Avropa, Yaxın Şərq, Şimali Amerika və Avstraliyada yayımlanır. Teleşirkətin baş direktorunun müavini, “Telekompaniya NTV” Səhmdar Cəmiyyətinin baş prodüseri, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Timur Vaynşteynin sözlərinə görə, kanalın ən baxımlı verilişi digər həmvətənimiz İradə Zeynalovanın aparıcısı olduğu “İtoqi” proqramıdır.
Kanalın “Sən supersən!” (“Ты супер!”) beynəlxalq layihəsi Azərbaycanda da sevilərək baxılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:53]
Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub
- 19.04.2024 [17:46]
Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları
- 19.04.2024 [17:31]
“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb
- 19.04.2024 [17:20]
Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib
- 19.04.2024 [17:12]
Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb
- 19.04.2024 [17:04]