DÜNYA


Rusiyanın Polşadakı səfirinə basqın olub

Moskva, 9 may, AZƏRTAC

Naməlum şəxslər Rusiyanın Polşadakı səfirinin üstünə qırmızı rəngli boya töküblər.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev sovet əsgərlərinin Varşavadakı məzarlığını ziyarət edərkən naməlum şəxslər ona hücum edərək, üstünə qımızı boya töküblər.

Rusiya mətbuatının yazdığına görə, basqınçılar polyaklar və ukraynalılar olub. Diplomat və səfirliyin digər əməkdaşları polisin müşayiəti ilə məzarlığı tərk edib.

Rusiya XİN hadisə ilə bağlı Polşa hakimiyyətinə etirazını bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.