SİYASƏT
Rusiyanın Primosrk vilayətində Anım Günü qeyd edilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Rusiyanın Primorsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun “Dostluq” ictimai təşkilatının və Rusiya Yazıçılar Birliyinin Primorsk şöbəsinin birgə təşəbbüsü ilə 27 sentyabr – Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Rusiya Yazıçılar Birliyinin katibi və Primorsk şöbəsinin sədri Aleksandr Tkaçuk, “Literaturnı Vladivostok” almanaxının baş redaktoru, qanunvericilik məclisinin deputatı Raisa Moroz, “Dostluq” ictimai təşkilatının sədri Ramiz Zeynalov və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün təmini uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbə - ədalətin zəfər çalması və bütün dünyaya “Dəmir yumruğ”un nümayiş etdirilməsi kimi qiymətləndirilib.