MƏDƏNİYYƏT
Rusiyanın Qızıl Ordu Xoru və rəqs ansamblı İstanbulda konsert verib
İstanbul, 11 mart, AZƏRTAC
Rusiyanın Müdafiə Nazirliyinin Boris Aleksandrov adına Qızıl Ordu Xoru və rəqs ansamblı İstanbulda konsert verib.
Konsert “2019: Türkiyə-Rusiya mədəniyyət və turizm ili” tədbirləri çərçivəsində baş tutub. İstiqlal marşı, rus ordu və dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konsertdə 19 əsər ifa edilib.
AZƏRTAC xəbər verir ki, iki saat davam edən konsertdə Qızıl Ordu Xoru, orkestr, rəqqas və solistlərdən ibarət 120 nəfər səhnə alıb.
Yaranmasının 91-ci ilini qeyd edən ansamblın İstanbulda keçirdiyi konsertində Rusiyanın Əməkdar artistləri Natalya Moskvina, Pavel Maksimov, Valeri Qavva və Vadim Ananyevlə yanaşı, beynəlxalq müsabiqələr laureatı Maksim Maklakov da çıxış edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul