MƏDƏNİYYƏT


Rusiyanın Sankt-Peterburq şəhərində “Şərqin musiqi əfsanələri” adlı konsertlər keçirilir

Bakı, 10 may, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təşkilatçılığı ilə Rusiyanın Sankt-Peterburq şəhərində “Şərqin musiqi əfsanələri” adlı konsertlər keçirilir.

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək konsert proqramları Türkiyə və Rusiya arasında elan olunan “Mədəniyyət və turizm ili - 2019” çərçivəsində gerçəkləşir.

Dmitri Xoxlovun rəhbərliyi ilə V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestrinin iştirakı ilə D.Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Filarmoniyasının böyük zalında, Dövlət Akademik Xor Kapellası və Ordu Evində təşkil olunacaq konsertlərdə musiqisevərlər türk dünyası bəstəkarlarının əsərlərindən ibarət möhtəşəm konsert proqramlarını izləyə biləcəklər.

Layihənin ideya müəllifi, TÜRKSOY-un baş katibi Düsen Kaseinovun da iştirak edəcəyi konsertlərdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Həsən Rzayev, Arif Məlikov, Vasif Adıgözəlov, Atay Oqombayev, Kalıj Moldobasanov, Mukan Tulebayev, Ahmet Jubanov kimi bəstəkarların əsərləri səsləndiriləcək. Rus musiqisevərlər bu bəstəkarların “Yedi gözəl”, “Məhəbbət əfsanəsi”, “Birjan və Sara”, “Koroğlu”, “Abay” kimi məşhur əsərlərlə yanaşı, tar, komuz, qaval və kuray kimi türk xalqlarının ənənəvi musiqi alətlərini də dinləmək imkanı əldə edəcəklər.

Konsertlərdə TÜRKSOY-un dəvət etdiyi sənətçilər - Ağaverdi Paşayev, Sahib Paşazadə (Azərbaycan), Faruk Sadıkov, Birdonakhon Matkarimova (Özbəkistan), Duysen Ukimbay (Qazaxıstan), Cihan Yurtçu (Türkiyə), Sayan İsin, Aygerim Muhtardin (Qırğızıstan), Ramil Qayzullin (Başqırdıstan) və başqaları iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.