DÜNYA


Rusiyanın “Soyuz-2.1a” raketi kosmik fəzaya buraxılıb VİDEO

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də Bakı vaxtı ilə saat 07:38-də Qazaxıstandakı Baykonur kosmodromundan Rusiyanın “Soyuz-2.1a” raketi kosmik fəzaya buraxılıb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, raketin daşıdığı “Soyuz MS-14” gəmisinin göyərtəsində “Fyodor” adlı antropomorfik robot var.

Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzinin məlumatına görə, Beynəlxalq Kosmik Stansiyaya uçan kosmik gəminin göyərtəsində robotla yanaşı, müxtəlif çeşidli yük də var. Buraxılış vaxtı robot mütəmadi olaraq raketin vəziyyəti barədə Yerə məlumat ötürüb. Moskva vilayətində yerləşən kosmik mərkəzdən bildiriblər ki, Soyuz MS-14” gəmisinin günəş batareyaları plana uyğun olaraq işə düşüb.

Kosmik gəminin Beynəlxalq Kosmik Stansiyaya uçuşu iki sutkalıq sistem üzrə həyata keçiriləcək. Onun stansiyaya birləşməsi isə avqustun 24-nə nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.