CƏMİYYƏT


Rusiyanın Stavropol Dövlət Tibb Universitetinin tələbələri Azərbaycan Tibb Universitetində praktika keçiblər

Bakı, 16 avqust, AZƏRTAC 

Rusiyanın Stavropol Dövlət Tibb Universitetinin müalicə və pediatriya fakültəsinin IV və V kurs tələbələri Azərbaycan Tibb Universitetində (ATU) praktika keçiblər.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, praktika keçən tələbələrə universitet rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.

Tələbələrə sertifikatlarını universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev təqdim edib. O, tələbələrlə praktika zamanı əldə etdikləri biliklər barədə söhbət edib.

ATU-nun beynəlxalq əlaqələr üzrə koordinatoru Müşfiq Orucovun sözlərinə görə, qonaq tələbələr ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında yay istehsalat təcrübəsi keçiblər: “Tələbələr Tədris Cərrahiyyə Klinikasında üç şöbədə - ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi və mama-ginekologiya şöbələrində praktika keçiblər. Tədris Terapevtik Klinikasının da bir neçə şöbəsində olublar. Praktika 2 həftə davam edib”.

M.Orucov bildirib ki, praktika iki universitet arasındakı əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.