Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – idarə heyətinin sədri Andrey Kostindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə VTB Bankın İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan təbrik edirəm. Siz təcrübəli siyasi xadim, öz Vətənini qəlbən sevən, var qüvvəsi ilə ölkəsinə xidmət edən nüfuzlu lider keyfiyyətlərinə malik Prezidentsiniz.

Tam əminəm ki, Sizin geniş baxışlarınız, səyləriniz və əməksevərliyiniz, zəngin həyat təcrübəniz və daim təkmilləşməyə can atmağınız ölkənizi qarşıdakı illərdə daha da inkişaf etdirəcək.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Rusiyanın sistemyaradıcı VTB bankındakı kapitalını yüksək dəyərləndiririk. Bu, Rusiya ilə Azərbaycan arasında səmimi dostluğu, etimadı və qarşılıqlı məhsuldar iqtisadi əlaqələri təsdiqləyir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə uzun illər səmərəli fəaliyyət arzulayırıq.

Qoy, uğur həmişə Sizinlə olsun. Doğmalarınız və yaxınlarınız isə etibarlı dayağınız və dəstəyiniz olaraq qalsınlar.

Hörmətlə,

Andrey Kostin

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – idarə heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin