Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiyanın Volqoqrad şəhərində “Volqoqrad-Bakı: Dostluq Parkı” açılmışdır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak etmişdir VİDEO

Volqoqrad, 21 dekabr (AZƏRTAC). Dekabrın 20-də Rusiyanın Volqoqrad şəhərində Azərbaycan-Rusiya dostluğunun rəmzi olan yeni park açılmışdır.

“Volqoqrad-Bakı: Dostluq Parkı”nın açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Volqoqrad vilayəti hökumətinin sədri Sergey Bajenov, Volqoqrad şəhərinin başçısı İrina Quseva və digər rəsmi şəxslər iştirak etmişlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində çıxış edərək səmimi qəbula görə təşəkkürünü bildirmişdir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin həyata keçirdiyi layihələrdən danışan Leyla Əliyeva vurğulamışdır ki, son bir neçə il ərzində Rusiyanın Ulyanovsk şəhərində məktəb binası tikilmiş, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzi açılmış, Leninqrad vilayətindəki “Nevskiy pitoçok” Beynəlmiləl xatirə xiyabanında 1941-1944-cü illərdə Leninqrad uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsinə abidə ucaldılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti xatırlatmışdır ki, Azərbaycan nümayəndə heyəti Volqoqrada Həştərxandan gəlmişdir. Orada da Fondun dəstəyi ilə park, məktəb binası, uşaq meydançası tikilmiş, yeni uşaq bağçasının təməli qoyulmuşdur. Heydər Əliyev Fondu daha neçə belə maralı layihə həyata keçirəcəkdir.

Azərbaycanda böyük rus mədəniyyətinə, ədəbiyyatına və tarixinə hörmətlə yanaşıldığını qeyd edən Heydər Əliyev Fondunun vitse-prezidenti respublikamızın məktəblərində rus dilinin tədrisinin tam həcmdə saxlanıldığını, Rus Dram Teatrı, Rus Mədəniyyəti Mərkəzi, Bakı Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının fəaliyyət göstərdiyini demişdir. Leyla Əliyeva əmin olduğunu bildirmişdir ki, dostluq, etimad və qarşılıqlı anlaşmaya əsaslanan Azərbaycan-Rusiya münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti mərasim iştirakçılarını Bakıya dəvət etmişdir. O demişdir ki, Xəzərin sahili boyunca uzanan Bakı bulvarı, şəhərimizin görməli yerləri onlarda xoş təəssürat oyadacaqdır.

Volqoqrad vilayəti hökuməti sədrinin birinci müavini Roland Xerianov çıxışında bildirmişdir ki, Azərbaycan inşaatçıları qısa müddətdə gözəl park salmışlar. Volqoqradlılar buna görə Heydər Əliyev Fonduna minnətdardırlar. Bu parkın Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayan R.Xerianov demişdir: “Əminəm ki, yeni park xalqlarımız arasında dostluğun rəmzinə çevriləcəkdir”. O, Volqoqradda Bakı küçəsinin olduğunu, Böyük Vətən müharibəsi illərində azərbaycanlı əsgərlərin Stalinqrad döyüşlərində qəhrəmancasına vuruşduqlarını da xatırlatmışdır.

Volqoqrad şəhərinin başçısı İrina Quseva qeyd etmişdir ki, vilayətin hökuməti Bakıda Stalinqrad döyüşü qəhrəmanlarının şərəfinə abidə ucaltmaq niyyətindədir.

Rusiya Prezidenti İdarəsinin regionlararası və mədəni əlaqələr departamentinin müşaviri Valeri Maksimov demişdir ki, Volqoqrad mərkəzi mədəniyyət və istirahət parkının ərazisi qısa müddətdə göz oxşayan mənzərəli, abad əraziyə çevrilmişdir. Burada şəhər sakinlərinin və qonaqların istirahəti üçün rahat infrastruktur yaradılmışdır.

Yeddi hektardan çox ərazidə salınmış parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi, uşaq meydançası, yaşıl zona, “Buta” və “Çay” fəvvarələri, “Qız Qalası” abidəsi, “Bakı” kafesi, Nobel qardaşlarının fotostendi vardır. XIX əsrin sonlarında bu parkın yerində Nobel şəhərciyi olmuşdur. Böyük Vətən müharibəsi illərində isə Bakıdan Volqa çayı ilə gətirilən neft buradakı anbarlarda saxlanılırdı. Həmin Bakı neftindən hazırlanan yanacaq döyüş təyyarələrini və tanklarını hərəkətə gətirirdi.

“Dostluq” parkı qəhrəman şəhərin sakinlərinin də ürəyincədir.

Volqoqradda yaşayan həmyerlimiz Leyla Zeynalova deyir: “Azərbaycan və Volqoqrad memarlarının birgə əməyinin bəhrəsi olan bu park şəhərin bəzəyidir. Belə bir parkın yaradılması biz azərbaycanlıları daha çox sevindirir”.

Şəhərin digər sakini Natalya Sevelobova demişdir ki, indi volqoqradlılar bu təmiz və abad parkda dincələcəklər. İnşaatçılar veteranları da unutmamışlar. Heydər Əliyevin barelyefi çox xoşuma gəlir. Volqoqrad beynəlmiləl şəhərdir. Əminəm ki, burada müxtəlif millətlərin nümayəndələri mənalı istirahət edəcəklər.

Xatırladaq ki, parkın təməli 2013-cü il iyunun 5-də Volqoqradda “Rusiya-Azərbaycan: regionlararası dialoq – 2013” IV Beynəlxalq Forumun ilk günündə keçirilən təntənəli mərasimdə qoyulmuşdur.

Parkın açılış mərasimindən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Volqoqrad hökumətimin binasında qubernator Sergey Bajenov ilə görüşmüşdür.

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti vurğulamışdır ki, Azərbaycan ilə Volqoqrad arasında əlaqələr inkişaf etdiriləcək, yeni layihələr reallaşdırılacaqdır. Leyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Birliyinin bu regionda yeni bölməsinin açılacağını diqqətə çatdırmışdır.

Qubernator Sergey Bajenov ictimai və gənclər təşkilatları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulamış, gələn il Bakıya işgüzar səfər etmək niyyətində olduğunu söyləmişdir.

İkitərəfli görüşün nəticəsi olaraq Volqoqrad vilayəti ilə Azərbaycan arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni sahələrdə əməkdaşlıq haqqında saziş protokolu imzalanmışdır.

Qubernator Sergey Bajenov sənədlərin imzalanması mərasimindən sonra bildirmişdir ki, ikitərəfli dostluq və tərəfdaşlıq münasibətləri uzun illərin əməyinin bəhrəsidir və bu əlaqələr nəsillərdən nəsillərə ötürülür.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun dəstəyi ilə Volqoqraddakı 3 nömrəli gimnaziyanın həyətində inşa olunmuş idman meydançasının açılış mərasimində iştirak etmişdir. Yeni müasir idman meydançasında şagirdlərin basketbol, voleybol və futbol oynaması üçün hər cür şərait yaradılmışdır.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Volqoqrad

Rusiyanın Volqoqrad şəhərində “Volqoqrad-Bakı: Dostluq Parkı” açılmışdırHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak etmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var