MƏDƏNİYYƏT


Rusiyanın Zapolyarye diyarının sakinləri «ЭТНОestafette» səhifəsində Azərbaycan xalqının mədəniyyəti və ənənələri ilə tanış olublar

Bakı, 30 aprel, AZƏRTAC

Murmansk bölgəsində yaşayan xalqların tarixi, mədəni, mənəvi irsi ilə tanışlığa həsr olunmuş «ЭТНОestafette» silsilə tədbirləri çərçivəsində 2021-ci ilin aprel ayında Kola diyarının sakinləri Azərbaycan xalqının mədəniyyəti və ənənələri ilə tanış olublar.

2010-cu il Ümumrusiya əhalinin siyahıyaalınmasına görə Murmansk vilayətində 3500-dən çox azərbaycanlı yaşayır. Onlar Murmansk vilayətinin Dostluq Evi tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edirlər. Belə ki, aprel ayının 26-da istedadlı həmyerlimiz Natəvan Həmzəyeva «#НаСевереДружить» Milli Mədəniyyətlər Festivalında Azərbaycan xalq rəqsi ilə çıxış edib.

Hər il martın 21-də azərbaycanlılar yeni həyatın başlanğıcını, insanın təbiətlə vəhdətini, baharın gəlişini, bütün dünyada sülh və sevincin simvolu olan "Şərq Yeni ili"ni - Novruzu qeyd edirlər.

"Azərbaycan" Mədəniyyət Mərkəzi Murmansk vilayət ictimai təşkilatı və RAGB-nin yerli nümayəndəliyinin mətbuat katibi, Rusiya və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürovun AZƏRTAC-a bildirdiyinə görə, bu il yubileyi olan Kosmonavtika Günü qeyd edildikdə, kosmosun inkişafında iştirak edən görkəmli azərbaycanlılar və kosmik sənayenin zəhmətkeşləri haqqında məlumat verilib.

Azərbaycan döyüşçülərinin qəhrəmanlığı və Böyük tarix ərəfəsində Böyük Vətən müharibəsindəki Qələbədə əvəzsiz töhfələri diqqətdən kənarda qalmadı.

“ЭТНОestafette” səhifələrində Murmansk vilayətinin sakinləri azərbaycanlıların adət-ənənələri, mədəniyyəti və nailiyyətləri haqqında məlumat əldə etməklə yanaşı, həm də Murmansk torpağında doğma olan bu millətin görkəmli nümayəndələri, soydaşlarımızla tanış olublar.

Murmansk vilayətində yaşayan xalqlar haqqında əlavə məlumatı VKontakte sosial şəbəkəsindəki tədbirin https://vk.com/estafette səhifəsindən, eləcə də VKontakte https://vk.com/mo_dom_drushby və Odnoklassniki https://ok.ru/domdrushby sosial şəbəkələrindəki Dostluq Evi qrupundan əldə etmək olar.

«ЭТНОestafette» tədbiri, Rusiya Federasiyası dövlət milli siyasəti Strategiyasının həyata keçirilməsi çərçivəsində Murmansk vilayəti Daxili Siyasət Nazirliyinin dəstəyi ilə Dostluq Evi ilə birgə “Murmansk vilayətinin Yerli Azsaylı Şimal Xalqları və Millətlərarası Əməkdaşlıq Mərkəzi” tərəfindən təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.