İDMAN


Rusiyanın akademik avarçəkmə və kanoe üzrə milli komandaları fevralda Mingəçevirdə hazırlıq keçəcəklər

Mingəçevir, 29 yanvar, AZƏRTAC

Pandemiyadan əvvəl Mingəçevirdəki “Kür” Olimpiya Tədris Mərkəzində digər ölkələrin akademik avarçəkmə və kanoe yığma komandalarının hazırlıq prosesi təşkil olunurdu. Ölkəmizdə digər ölkələrin yığma komandalarının hazırlıq prosesi bu ildən bərpa olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev yanvarın 29-da jurnalistlərə müsahibəsində deyib.

Baş katib bildirib ki, fevralda Rusiyanın milli komandaları “Kür” Olimpiya Tədris Mərkəzində hazırlıq keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.