DÜNYA


Rusiyanın aparıcı teatrları İstanbulda çıxış edəcəklər

Moskva, 17 noyabr, AZƏRTAC

Rusiyanın aparıcı teatrları İstanbulda çıxış edəcəklər.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “Zolotaya maska” Milli Teatr Mükafatı və Festivalı Türkiyədə silsilə tamaşalar təqdim edəcək. Noyabrın 18-23-dək İstanbul Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Rusiyanın üç aparıcı teatrının – “Balet Moskva”nın, “Teatr natsii”nin və Y.Vaxtanqov adına Teatrın ən maraqlı tamaşaları nümayiş olunacaq. Bundan əlavə, rusiyalı sənət adamları mühazirələr oxuyacaq və ustad dərsləri keçəcəklər.

Türkiyə və Rusiya teatrlarının əməkdaşlığı uzun müddətdir davam edir. 2019-cu il hər iki ölkədə qarşılıqlı olaraq “Mədəniyyət və Turizm İli” elan edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.