DÜNYA


Rusiyanın cənubunda və mərkəzində uçuşlara məhdudiyyət rejimi yenidən uzadılıb

Bakı, 18 may, AZƏRTAC

“Rosaviasiya” ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 aeroportda müvəqqəti uçuş məhdudiyyətlərini 2022-ci il mayın 25-nə qədər uzadıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Qurumun məlumatına görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara qoyulan məhdudiyyətlər 2022-ci il mayın 25-i Moskva vaxtı ilə saat 03:45-ə qədər davam edəcək. Rusiya aviaşirkətlərinə həmin hava limanlarına sərnişinlərin daşınmasını təşkil etmək üçün alternativ marşrutlar kimi Volqoqrad, Soçi, Mineralnıye Vodı, Moskva və Stavropol hava limanlarından istifadə etmək tövsiyə olunur. “Rosaviasiya” ölkə ərazisində yerləşən digər aeroportların adi rejimdə fəaliyyət göstərdiyini bildirib.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibə çərçivəsində fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.