DÜNYA


Rusiyanın ən iri çarter daşıyıcısı reysində sərnişinlərə yemək verilməsi ləğv edilib

Bakı, 18 may, AZƏRTAC

“Azur Air” daşıyıcısı xərclərini azaltmaq və aviabiletlərin qiymətini əvvəlki səviyyədə saxlamaq məqsədilə uçuş müddəti beş saatdan az olan reyslərdə ekonom-klass salonda uçan sərnişinlərə yemək verilməsi ləğv edilib.

"Azur Air” aviaşirkətinin yerinə yetirdiyi, uçuş müddəti beş saatdan az olan bütün reyslərdə sərnişinlərə yalnız qaynar içkilər və su təklif ediləcək, yemək isə verilməyəcək.

AZƏRTAC “Newsland” portalına istinadla xəbər verir ki, Rusiyanın ən iri çarter daşıyıcısı aviadaşıyıcılar bazarında konyunkturu, o cümlədən 2018-ci ildə aeroport rüsumlarının artırılmasını və aviasiya yanacağının 30 faiz bahalaşmasını nəzərə alaraq belə bir addım atıb.

Şirkətin məlumatında deyilir: “Ekonom-klass salonda qısa reyslərlə uçan sərnişinlərə yemək verilməsinin ləğv edilməsi bizim xidmətlərin dəyərini əvvəlki səviyyədə saxlamağa, makroiqtisadi amillər əlverişli olduqda isə daşımanın dəyərini azaltmağa imkan verəcək.

Biznes-klass salonda uçan sərnişinlər üçün təyyarədə qidalanma xidməti saxlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.