DÜNYA


Rusiyanın ən sakit və səs-küylü şəhərlərinin adları açıqlanıb

Bakı, 19 avqust, AZƏRTAC

Rusiyanın ən səs-küylü şəhərləri Kemerovo və Moskva vilayətlərində, ən sakitləri isə Kalininqrad və Krasnodar vilayətlərində yerləşir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sakit şəhərlərin sırasına, həmçinin Kalininqrad vilayətinin Quryevsk, Krasnodar vilayətinin Eysk və Stavropol diyarının Mixaylovsk şəhərləri daxil olub.

Ən səs-küylü şəhərlər arasında isə Kemerovsk vilayətinin Kiselevsk şəhəri liderdir. Onun ardınca həmin vilayətin Leninsk-Kuzneçkiy və Moskva yaxınlığındakı Elektrostal şəhərləri gəlir.

Moskva və Sankt-Peterburq şəhərləri isə bu sahədə 200 şəhər arasında müvafiq olaraq 129 və 106-cı yerləri tuturlar. Moskvalılar səs-küylə yanaşı, havanın keyfiyyətindən və yollarda avtomobillərin intensivliyindən narazılıq edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.