DÜNYA


Rusiyanın fövqəladə hallar nazirinin faciəli ölümünün təfərrüatları açıqlanıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev xilas etməyə çalışdığı tanınmış kinorejissor Aleksandr Melniklə birlikdə Krasnoyarsk diyarında faciəli surətdə həlak olub.

AZƏRTAC xəbər verir ki, Rusiya mətbuatı sentyabrın 7-də Arktikada start götürən təlimlərin ikinci günü baş vermiş hadisənin təfərrüatlarını açıqlayıb.

KİV-in məlumatına görə, xilasedicilər ilk dəfə idi Arktika şəraitində, ekstremal aşağı temperaturda məşq edirdilər. Təlimləri fövqəladə hallar naziri Yevgeni Ziniçev şəxsən izləyirdi. Hər şey qəfildən baş verdi.

FHN-dən bildiriblər ki, kinorejissor Aleksandr Melnik Arktikanın və Şimal dəniz yolunun inkişafına həsr olunmuş yeni filmi üçün lokasiya seçmək üçün təlimlər keçirilən əraziyə gəlmişdi. Rejissor qayadan suya düşəndə nazir orada olub. Yevgeni Ziniçev onun arxasınca tullanıb və bu zaman qayanın çıxıntısına dəyib. Ağır xəsarətlər almış nazir və kinorejissor helikopterlə xəstəxanaya aparılarkən yolda keçiniblər.

Müasir Rusiya tarixində ilk dəfədir bu səviyyədə məmur bədbəxt hadisənin qurbanı olub. Prezident Vladimir Putin mərhumun doğmalarına başsağlığı teleqramı göndərib.

Xatırladaq ki, 55 yaşlı Yevgeni Ziniçev 2018-ci ildən Rusiyanın fövqəladə hallar naziri vəzifəsində işləyirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.