İDMAN
Rusiyanın iki qadın tennisçisi ömürlük diskvalifikasiya olunub
Bakı, 27 yanvar, AZƏRTAC
Rusiyalı tennisçilər Sofiya Dmitriyeva və Aliya Merdeyeva danışılmış oyunlarda iştirak etdiklərinə ömürlük diskvalifikasiya ediliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Tennis Integrity Unit”in mətbuat xidməti məlumat yayıb.
Tennisçilər danışılmış matçların ikisində cütlük şəklində çıxış ediblər. Bundan başqa, A.Merdeyeva istintaqla əməkdaşlıqdan imtina etməkdə günahlandırılır. Hər iki tennisçinin rəsmi tennis yarışlarına qatılması qadağan edilib.
Qadın Tennis Assosiasiyasının reytinqində 26 yaşlı S.Dmitriyeva 900-cü yerdədir, dünya sıralamasında ən yüksək mövqeyi 2017-ci ildə olub (644-cü yer). İyirmi üç yaşlı A.Merdeyeva isə reytinqdə 982-ci yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]