QAN YADDAŞI


Rusiyanın informasiya agentliyi Xocalı  soyqırımı barədə məqalə yayıb

Moskva, 26 fevral, AZƏRTAC 

Rusiyanın “Ura.ru” informasiya agentliyinin saytında “Niyə 30 il bundan əvvəl baş vermiş soyqırımı Azərbaycan üçün hələ də sarsıntıdır” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Tatyana Ryabovanın məqaləsində MDB-də ən dəhşətli faciələrdən birinin tükürpərdən tarixçəsi barədə danışılır.

Məqalədə deyilir ki, azərbaycanlılar fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Ermənistan və Azərbaycan arasındakı münaqişə 1992-ci ildə bütöv xalq üçün faciəyə çevrildi. Müəllif məqalədə tarixçi Rizvan Hüseynov və Zaur Mehdiyevin fikirlərindən sitatlar gətirir.\

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.