İQTİSADİYYAT


Rusiyanın işgüzar missiyası “WorldFood Azerbaijan” sərgisində

Bakı, 14 may, AZƏRTAC

Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “WorldFood Azerbaijan” sərgisində “Rusiya İxrac Mərkəzi” SC və “Caspian Event Organisers” şirkəti tərəfindən “Russian Gastro Week” – “RGW Azərbaycan” tədbirlər silsiləsi çərçivəsində təşkil olunan Rusiyanın işgüzar missiyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, missiyanın gedişində bazarın monitorinqi və Rusiya məhsullarının Azərbaycana idxalı mövzusunda dəyirmi masa təşkil olunacaq, alıcı-topdan satış şirkətləri ilə görüşlər keçiriləcək.

İşgüzar missiyaya Rusiyanın qida məhsulları istehsalçıları və yerli sahibkarlar arasında keçirilən “B2B” formatlı görüşlər də daxildir. Onların arasında distribüterlər, ticarət şəbəkələrinin nümayəndələri, habelə qida məhsulları bazarının və qonaqpərvərlik sahəsinin peşəkar iştirakçıları yer alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.