MƏDƏNİYYƏT


Rusiyanın məşhur balet ulduzları Bakı səhnəsində çıxış ediblər

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti təqdim olunub.

AZƏRTAC xəbər verir ki, səhnə əsərində əsas rollarda Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, beynəlxalq müsabiqələr laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) çıxış ediblər. Rusiyalı balet ustaları ilə yanaşı, tamaşada teatrın solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və digərləri yer alıblar.

Balet Xalq artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.