MƏDƏNİYYƏT


Rusiyanın məşhur səyahət verilişi “Поедем, поедим!” budəfəki buraxılışını Azərbaycana həsr edib VİDEO

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 4-də Rusiyanın “NTV” telekanalında məşhur səyahət proqramı "Поедем, поедим!"in Azərbaycana həsr olunmuş buraxılışı efirə gedib. Proqramın çəkilişləri Azərbaycan Turizm Bürosunun dəstəyi ilə 4-8 oktyabrda baş tutub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Dənizkənarı Bulvarın görüntüləri ilə başlayan proqramda aparıcı Federiko Arnaldi “Baku Crystal Hall”, “Dəniz Mall”, Milli Xalça Muzeyi, o cümlədən “Kiçik Venesiya” şəhərciyinin arxitekturası haqqında məlumat verib.

O bildirib ki, Bakıdakı hər bir memarlıq nümunəsi futuristik və ultramüasir görüntüsünə baxmayaraq özündə xalqın mədəni irsi və tarixi elementlərini əks etdirir.

Verilişdə, həmçinin Azərbaycan və dünyanın müasir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi və "Alov qüllələri" kompleksi işıqlandırılıb. İçərişəhərdə baş tutan çəkilişlərdə aparıcı Azərbaycan milli mətbəxi və ölkəmizin çay mədəniyyəti ilə tanış olub. Veriliş çərçivəsində paytaxtın hotel, nəqliyyat və yol infrastrukturu haqqında da danışılıb. Çəkilişlər Bakı ilə birgə Lənkəran şəhərində baş tutub. Aparıcı Lənkərandakı "Sitrus bağları"na baş çəkib, regionun mətbəx nümunələrini dadıb. Proqram “NTV” telekanalının 14 milyondan çox abunəçisi olan rəsmi yutub kanalında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.