DÜNYA


Rusiyanın neft ehtiyatları 30 il kifayət edəcək

Moskva, 29 noyabr, AZƏRTAC

Rusiyanın neft ehtiyatları minimum 30 il kifayət edər.

AZƏRTAC xəbər verir ki, bu fikri Baş nazirin müavini Aleksandr Novak Rusiya-Çin Enerji Forumunda söyləyib.

O bildirib ki, Rusiya nəhəng neft və qaz ehtiyatlarına malikdir. Ölkənin neft ehtiyatları azı 30 il, qaz ehtiyatları isə minimum 50 il müddətinə kifayət edəcək.

A.Novak qeyd edib ki, son illər alternativ enerji mənbələrinə keçid nəzərə çarpsa da, neft və qaza yaxın illərdə tələbat azalmayacaq. Rusiya rəsmisi ölkəsinin 2022-ci ilin mayına kimi gündəlik neft hasilatını 400 barelə yüksəltmək iqtidarında olduğunu da vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.