DÜNYA
Rusiyanın neft-kimya nəhəngi olan “Sibur” Çinin “Sinopec” şirkəti ilə əməkdaşlığını artırır
Bakı, 25 iyun, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın ən böyük qaz emalı və neft-kimya şirkəti olan “Sibur” Çinin ən böyük neft emalı şirkəti “Sinopec” ilə yeni əməkdaşlığa hazırlaşır.
AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, neft-kimya istehsalında qazın ən əhəmiyyətli xammallardan biri olması üçün Rusiya və Çinin bu iki nəhəng şirkətinin əməkdaşlığını artırmasının böyük sinerji yaratdığı ifadə edilir.
“Sinopec” ilə “Sibur”un əməkdaşlığı 2013-ci ildə Rusiyanın Sibir bölgəsindəki Krasnoyarsk şəhərində nitril butadien rezin istehsalı üzrə birgə müəssisəsinin yaradılması ilə başlamışdı. “Sinopec”in keçən ilin dekabrında “Sibur”un 10 faizlik səhmlərini satın alması və Şanxayda nitril butadien kauçuk istehsalı üzrə ortaq investisiya qərarının alınması iki şirkət arasındakı əməkdaşlığı daha da artırdığını göstərir.