MƏDƏNİYYƏT
Rusiyanın nüfuzlu jurnalında Azərbaycan yazıçısı ilə müsahibə dərc edilib
Bakı, 9 iyun, AZƏRTAC
Rusiyanın, postsovet məkanının, eləcə də Şərqi Avropanın populyar ədəbiyyat dərgilərindən olan, Avropa, Amerika və Asiyanın rusdilli oxucu kütləsinə malik çox böyük bir ərazisində yayılan “Russkiy kolokol”da Azərbaycan yazıçısı Varis Yolçuyevlə geniş müsahibə dərc edilib.
AZƏRTAC xəbər verir ki, ədəbiyyatşünas Yelena Vasilyevanın hazırladığı “Mən ədəbiyyatla 24 saatın 25 saatını məşğul oluram” adlı müsahibə yazıçımıza olduqca yüksək qiymət verilən təqdimatla başlayır: “Bu yazıçının öz həyat müdrikliyi ilə insanları heyrətləndirən dahiyanə aforizmləri çoxlarına məlumdur. Hər halda, bu aforizmlər qısa müddətdə internet şəbəkəsində onlarca resurslarda yayılaraq onun müəllifinin fikirlərinin önəmliliyini vurğulayır. Özünün çox gənc ədəbiyyat karyerası olmasına baxmayaraq o, elə zirvələr fəth edib ki, bunlar minimum 2-3 və daha çox müəllifə bəs edərdi. “Russkiy kolokol”un qonağı müasir dünyanın ən istedadlı şəxslərindən olan, Azərbaycan yazıçısı Varis Yolçuyevdir”.
Müsahibədə müasir ədəbi proseslərdən, yazıçının yaradıcılığından, yaşayış tərzindən, məşğuliyyətindən, gələcək planlarından söz açılır, Azərbaycan barədə bəzi həqiqətlərə toxunulur.
Müsahibənin elektron variantını bu linkdən oxuya bilərsiniz: