İDMAN


Rusiyanın oğlan və qız voleybolçuları yarımfinala vəsiqəni təmin ediblər

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də XV Avropa Gənclər Olimpiya Festivalında oğlan və qız voleybolçuların mübarizəsində üçüncü görüşlər yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən oğlanların yarışında üçüncü matçda A qrupunda Rusiya və Azərbaycan milliləri üz-üzə gəliblər. Oyun 3:0 (25:15, 25:11, 25:23) hesabı ilə Rusiya komandasının üstünlüyü ilə başa çatıb. Beləliklə, Rusiya üç qələbə qazanaraq doqquz xalla qrup lideri olaraq, Belarus komandası ikinci yeri tutaraq yarımfinala yüksəlib. Üç xala malik Almaniya qrupda üçüncü, aktivində xal olmayan Azərbaycan yığması isə dördüncü pillədə qərarlaşıb.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə digər görüşdə A qrupunda Bolqarıstan və Ukrayna voleybolçuları qarşılaşıblar. Oyun Ukrayna komandasının qələbəsi ilə yekunlaşıb - 3:0 (25:16, 25:23, 25:15). Bu yarışda Ukrayna ilk qələbəsini qazanaraq qrupda üçüncü pillədə qərarlaşıb. Bolqarıstan isə sonuncu pillədə yer alıb. Qrupda Rusiya (9 xal) və Rumıniya (6 xal) seçmələri birinci və ikinci pillədə yer alaraq yarımfinala vəsiqəni təmin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.