DÜNYA


Rusiyanın qırıcı təyyarəsi Türkiyə səmasında uçub

Bakı, 16 sentyabr, AZƏRTAC 

Rusiyanın Su-35 qırıcı və Be-200 təyyarələri Türkiyə səmasında uçublar. AZƏRTAC Sabah nəşrinin saytına istinadla xəbər verir ki, aviasiya texnologiyasının son nailiyyətləri olan təyyarələrin pilotları İstanbulun üzərində yüksək pilotaj nümayiş etdiriblər.

Rusiya təyyarələri və pilotları Türkiyədə keçirilən “Teknofest” festivalında iştirak edirlər. Burada rusların hərbi və mülki aviasiya nümunələri də təqdim olunub. Qəzetin məlumatında bildirilib ki, Su-35 qırıcı təyyarəsinin uçuşu 15 dəqiqə davam edib və bu müddət ərzində rus pilot mürəkkəb pilotaj fiqurlarını yerinə yetirib. Be-200 amfibiya təyyarəsi isə meşədə yanğının söndürülməsi manevrlərini nümayiş etdirib.

Qeyd olunub ki, hazırda Türkiyə hökuməti Su-35 və Su-57 qırıcı təyyarələrini satın almaq üçün Rusiya ilə danışıqlar aparır. Be-200 amfibiya təyyarəsi üçün isə artıq İndoneziya, Çin, ABŞ və Çilidən sifarişlər daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.