İDMAN


Rusiyanın voleybolçu qızları “EYOF Bakı 2019”un çempionu olublar VİDEO

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında voleybol üzrə qızların yarışında çempion müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, qızların yarışının Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən final görüşündə Rusiya və Rumıniya milli komandaları qarşılaşıblar. Rusiyalı voleybolçular gərgin idman mübarizəsi şəraitində keçən oyunda 3:1 hesabı ilə qalib gələrək çempion olublar.

Matçın birinci setində 25:23 hesabı ilə Rumıniya millisi qalib gəlib. Bundan sonra təşəbbüsü ələ alan Rusiya yığması sonrakı hər üç seti qələbə ilə başa vurmağı bacarıb - 25:16, 25:19 və 25:17.

Bu görüşlə eyni vaxtda 7-8-ci yerlər uğrunda Azərbaycan Voleybol Mərkəzində təşkil olunan digər matçda Azərbaycanın oğlanlardan ibarət voleybolçuları Almaniya seçməsi ilə qarşılaşıb. Görüşdə 3:1 (25:22, 34:32, 26:28, 25:20) hesabı ilə qalib gələn Almaniya komandası yarışları 7-ci pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.